top
Bakıda mədəni istirahət: ilin ən qısa ayında hansı tədbirlər baş tutacaq
30 yanvar 2022, 23:28
- +

Bakıda mədəni istirahət: ilin ən qısa ayında hansı tədbirlər baş tutacaq

Bu il fevral ayı bir çox konsertlər, teatrlarda tamaşalar, baletlər və digər performanslarla doludur. İnsanoid ilin ən qısa ayında baş tutacaq tədbirlərin keçiriləcək ünvanları, biletlərin qiymətləri barədə araşdırma aparıb.

2 fevral tarixində Dövlət Akademik Filarmoniyasında Gənclər Gününə həsr olunmuş "Yeni gənclik" musiqi günləri çərçivəsində konsert keçiriləcək. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Orkestrin ifasında bəstəkar Qara Qarayevin "Don Kixot" simfonik qravürləri də səslənəcək. Biletlərin qiyməti sıra və yerdən asılı olaraq 4 - 15 manat arasında dəyişir.

Fevralın 3-də Flame Towers-də kinoteatrın IMAX zalında “Anka” filminin təqdimat mərasimi baş tutacaq. Biletlərin qiyməti 15 - 55 manat arasında dəyişir. Tədbir saat 20:00-da başlayacaq. Filmin qala gecəsində Türkiyəli aktyor Ozan Akbaba da iştirak edəcək.

Bakı Konqres Mərkəzində fevralın 6-sı türkiyəli müğənni və bəstəkar Cem Adrianın konserti gözlənilir. Artıq biletlərin 50%-dən çox hissəsi satılıb. 20:00-da başlayacaq konsertdə iştirak etmək üçün qiyməti 25 - 270 manat civarında olan biletləri əldə etmək lazımdır.

Fevralın 12-si saat 15:00-da Nizami Kino Mərkəzində II Qarabağ Müharibəsində cəbhə xəttindəki fədakar jurnalistikasına görə ilin müxbiri adlandırılan Fulya Öztürk sevənləri ilə görüşəcək. O, televiziya xadimi Mehmet Akif Ersoyla “Effektiv Ünsiyyət Texnikaları və Jurnalistika” mövzulu seminar keçirəcək. Biletlərin qiyməti 40 manatdan başlayır.

19 və 20 fevral tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında uşaqlar üçün “Kung-Fu Panda” interaktiv musiqili tamaşası səhnəyə qoyulacaq. 12:00-da başlayan tədbir 16:30-a qədər davam edəcək. Biletləri 10 - 25 manata əldə etmək mümkündür.

Bu ay Heydər Əliyev Sarayında üç tədbirin keçirilməsi nəzərdə tutulub.

Planet Parni iz Baku yeni "Şiraslan vəzifəyə gəlir" adlı kinokomediyasını təqdim edir. Fevralın 19-da burada filmin təqdimatı baş tutacaq. Prodüserlər Tahir və Cabir İmanovlardır. Qeyd edilib ki, bu film kinoteatrlarda olmayacaq. Biletlərin qiyməti 10 - 35 manat təşkil edir.

Fevralın 22-də isə həmin məkanda müğənni Cəlal Abbasovun konserti keçiriləcək. Tədbir 20:00-da başlayacaq. Biletlərin qiyməti 10 - 60 manat aralığındadır.

Sözügedən sarayda fevralın 20-si Mixail Bulqakov tərəfindən yazılmış roman əsasında “Master və Marqarita” adlı tamaşa baş tutacaq. Tədbir 20:00-da başlayacaq və 21:30-da bitəcək. Biletlərin qiyməti 35-140 manat arasındadır.

Ayın axırı, fevralın 28-də isə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında İllüzionistlər Paradı keçiriləcək. Tədbirin müddəti: 11:00 - 18:00. Biletlərin qiyməti 15 - 55 manatdır.

Adıçəkilən tədbirlərdə iştirak etmək üçün biletləri iticket.az saytından əldə etmək olar.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:42

Bazar gününün havası açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 11:50

İran Hörmüz boğazında yerləşdirdiyi bütün minaları aşkar edə və zərərsizləşdirə bilmir - NYT

Bütün Xəbərlər
Bu gün, 09:52

Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək

Bütün Xəbərlər
Dünən, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
Dünən, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
Dünən, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Bütün Xəbərlər
Dünən, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Bütün Xəbərlər
Dünən, 15:46

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassız

Bütün Xəbərlər
Dünən, 15:07

"Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, əsəbləşdim" — Keflənib kafeni bir-birinə qatdı

Bütün Xəbərlər
Dünən, 13:17

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Dünən, 13:02

Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR

Bütün Xəbərlər
Dünən, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Dünən, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Dünən, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
09 aprel 2026, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
09 aprel 2026, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
09 aprel 2026, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
09 aprel 2026, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
09 aprel 2026, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
09 aprel 2026, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
09 aprel 2026, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
09 aprel 2026, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Oxşar xəbərlər