Insanoid sizə ev heyvanlarınızla gedə biləcəyiniz yerlərin siyahısını təqdim edir:
İtlərlə gələn qonaqları qəbul etməyə hazır olan Unlu Bakı kafesi bazar ertəsi istisna olmaqla, bütün həftə işləyir. Bu kafenin özəlliyi ondan ibarətdir ki, burada bir-birini tanımayan cütlüklər üçün “görüş”lər təşkil edilir.
Ünvan: Təbriz Xəlil Rza oğlu 40
View this post on Instagram
Biblioteka Baku-nun interyeri kitablardan ibarətdir. Müəyyən günlərdə burada film axşamları təşkil edilir. Saat 17:00-da izlənəcək film qabaqcadan kafenin Instagram səhifəsində elan edilir. Məkanın daha bir özəlliyi vegetarian menyusunun mövcud olmasıdır.
Ünvan: Yusif Məmmədəliyev 40 c
View this post on Instagram
Boho Tea&Wine Room Nəsimi heykəlinin yaxınlığında yerləşir. Pişiklər burada daimi sakinlərə çevriliblər. Bununla yanaşı, qonaqlar öz ev heyvanları ilə də məkana gələ bilərlər.
Ünvan: Həzi Aslanov 84
View this post on Instagram
İki filial sahibi olan Coffee Bar da “pet-friendly” məkanlardan biridir. Bu kafedə adi yemək və içkilərlə yanaşı, müəllif resepti ilə hazırlanmış içkilər də təqdim edilir.
Ünvan: Xəqani 53; M.Rəsulzadə 5
View this post on Instagram
Məşhur serial əsasında yaradılan Friends Central Perk kafesi interyeri ilə serialdakı eyniadlı kafeni xatırladır. Həmçinin buradan serial mövzusunda olan köynəklər və çantalar almaq olar.
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Business Centre
View this post on Instagram
Barista&Chef kafesinin üç filialından hər birinə “dördayaqlı dostlar”la daxil olmaq olar.
Ünvan: Xəqani 18C; Nizami 91; R.Behbudov 136
View this post on Instagram
La Mia Colazione kafesi bir ay əvvəl, martın 4-də qapılarını müştərilərə açıb. Kafenin Instagram səhifəsində qeyd olunub ki, burada Bakıda ilk olaraq evdə hazırlanan səhər yeməklərinin çatdırılması edilir.
Ünvan: Zərifə Əliyeva 6/8
View this post on Instagram
United Coffee Beans Tripadvisor tərəfindən 2020-ci il üzrə “Traveller's Choice” mükafatına layiq görülüb. Burada qəhvə və onun dəmləmə metodları barədə məlumatlandırmaq üçün seminarlar keçirilir.
Ünvan: Yusif Məmmədəliyev 6; Xəqani 26
View this post on Instagram
Espressoul Coffee kafesi itlərlə olan müştəriləri qəbul etməyə hazırdır.
Ünvan: Xəqani 45D
View this post on Instagram
Bəzi kafelər isə heyvanlarla olan ziyarətçiləri yalnız terrasda qəbul edir: Baku Cafe, Bagel Bar, Cookshop, Paris Bistro və Gloria Jeans.