top
Bu ay paytaxtda hansı konsert və tamaşalar keçiriləcək?
01 noyabr 2022, 02:10
- +

Bu ay paytaxtda hansı konsert və tamaşalar keçiriləcək?

Payızın son ayı noyabr müxtəlif tədbirlərlə yadda qalacaq. İnsanoid bununla bağlı araşdırma aparıb, sizə təqdim edir.

Noyabrın 2-də Azərbaycan xanəndəsi Sara Qədimovanın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Musiqili gecə Dövlət Akademik Filarmoniyasında saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 4 - 15 manatdır.

3 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda Qarabağ FK - SC Freiburg futbol matçı təşkil ediləcək. Oyun saat 21:45-də start götürəcək. Biletləri 5 - 100 manata almaq mümkündür.

5-6 noyabr və 12-13 noyabr tarixlərində Boomerang Book Club-da uşaqlar üçün boyama üzrə master-klaslar keçiriləcək. İştirak etmək üçün 15 manat ödəmək lazımdır.

“Bu şəhərdə” komandası 5,6 və 9 noyabrda "Qəşş Əng" adlı konsert verəcək. Tədbir Heydər Əliyev Sarayında təşkil ediləcək. Hazırda qiyməti 10 – 150 manat olan biletlər satışda var.

Teatr və tamaşalara üstünlük verənlər noyabrın 9-da “Babək” baletinə gedə bilərlər. Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təşkil ediləcək. Biletlərin qiyməti sıra və yerdən asılı olaraq, 11 – 16 manat arasında dəyişir.

Noyabrın 10-da respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Firuzə Bəylərova fortepiano musiqisi axşamında çıxış edəcək. Tədbir Kamera və orqan musiqisi zalında baş tutacaq. Biletlərin dəyəri 3 – 15 manatdır.

Rusiyalı müğənni Kristina Orbakayte noyabrın 14-də Heydər Əliyev Mərkəzində səhnəyə çıxacaq. Konsertdə iştirak etmək üçün 50 – 350 manata biletlər əldə etmək olar.

Rusiyada fəaliyyət göstərən gürcü pop-müğənnəsi Valeriy Meladze noyabrın 20-də paytaxtımıza gələcək. O, Bakı Konqres Mərkəzində çıxış edəcək. Biletlərin qiyməti 35 - 350 manatdır.

Noyabrın 22-də Heydər Əliyev Sarayında Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert keçiriləcək. Tədbir saat 19:00-da başlayacaq. Tamaşaçılar biletləri 10 – 60 manata ala bilərlər.

Rus bəstəkarı və pianoçu Yevqeniy Qrinko noyabrın 26-da Heydər Əliyev Sarayında öz sevənləri qarşısında konsert proqramı ilə çıxış edəcək. O, “Valse” adlı əsəri ilə populyarlaşıb. Biletlərin qiyməti 20 – 220 manat aralığındadır.

Bakı Dövlət Sirkinə “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı proqram gəlir. Tədbir 27 noyabra kimi davam edəcək. Biletlərin qiyməti 11 - 27 manat arasında dəyişir.

Azərbaycan əsilli reper Jah Khalib noyabrın 27-də Bakı Konqres Mərkəzində konsert verəcək. Biletlərin qiyməti 50 – 230 manatdır. Tədbir saat 20:00-da start götürəcək.

Qeyd edək ki, tamaşaçılarda COVID-19 pasportunun və ya immun sertifikatının olması zəruridir. Adıçəkilən tədbirlərdə iştirak etmək üçün biletləri iticket.az saytından əldə etmək olar.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
Dünən, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
Dünən, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Bütün Xəbərlər
Dünən, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Bütün Xəbərlər
Dünən, 15:46

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassız

Bütün Xəbərlər
Dünən, 15:07

"Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, əsəbləşdim" — Keflənib kafeni bir-birinə qatdı

Bütün Xəbərlər
Dünən, 13:17

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Dünən, 13:02

Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR

Bütün Xəbərlər
Dünən, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Dünən, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Dünən, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
09 aprel 2026, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
09 aprel 2026, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
09 aprel 2026, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
09 aprel 2026, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
09 aprel 2026, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
09 aprel 2026, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
09 aprel 2026, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
09 aprel 2026, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
08 aprel 2026, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
08 aprel 2026, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
08 aprel 2026, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Oxşar xəbərlər