Azərbaycanlı iş adamı, "Emiland" modalar evinin rəhbəri Hikmət Hüseynovun övladının böyük toy mərasimi keçirilib. Bu barədə 13 fevral tarixində İnsanoid xəbər verir.
Cütlüyün özəl günü paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub.
Toyda yerli xə xarici məşhur müğənnilər çıxış ediblər. Onlar arasında italiyalı aktyor və estrada müğənnisi Adriano Çelentano, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jah Khalib və Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənnilər Rəsul Əfəndiyev və Azər Rzazadə olublar.
Toydan görüntüləri "showbiztv.az" instaqram səhifəsi yayıb.
[playlist type="video" tracklist="false" ids="105283"]