Göygöl: Bu gölün tarixi dəyəri əsrlərə gedib çıxır. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə Göygöl yaranıb.
[gallery columns="1" size="full" ids="39889"]
Sözügedən ərazidə 7-si böyük olmaqla, başqa iri-xırda göllər də yaranıb. Göllərdən biri olan Maralgölü ziyarət etmək üçün 300-dən çox pilləkəni qalxmaq lazımdır.
Digər göl, Güzgü gölünün belə adlandırlması onun mənzərəni güzgüdəki kimi özündə əks etdirməsi, dibində olan daşların görünməsidir. Güzgü gölünü Yeni Zelandiyada yerləşən Metison gölünə bənzədirlər.
Milli Parkın ərazisində, həmçinin “Qırmızı Kitab”a daxil olan heyvan və quş növlərindən Şərqi Qafqaz təkəsi, cırtdan qartalça, bezoar keçi, nəcib maral, qonur ayı, vaşaq, Xəzər uları və Qafqaz tetrasını qeyd etmək olar.