top
İyun ayında hansı konsert, tamaşa və yarışları izləmək olar?
31 may 2022, 23:08
- +

İyun ayında hansı konsert, tamaşa və yarışları izləmək olar?

İnsanoid yayın birinci ayında keçirilməsi gözlənilən bir sıra tədbirlər haqda araşdırma aparıb:

İyunun 1-də xalq artisti Brilliant Dadaşova “Ürəklə sizinlə” adlı solo konserti ilə Heydər Əliyev Sarayının səhnəsinə çıxacaq. Tədbir saat 20:00-da başlayacaq. Biletlərin qiyməti 40 - 150 manatdır.

Konsertdən çox tamaşalara üstünlük verənlər eyni tarixdə Dövlət Akademik Opera və Balet Teatrında "Min bir gecə" baletini izləyə bilərlər. Biletlərin dəyəri 13 - 16 manat arasında dəyişir.

İyunun 5-də Rus Dram Teatrında uşaqlar üçün “Transformers” şousu təşkil ediləcək. Şənliyin sonunda tamaşaçılar pulsuz olaraq foyedə sevimli personajları ilə şəkil çəkdirə biləcəklər. Biletlərin qiyməti sıra və yerdən asılı olaraq 4 - 20 manat aralığındadır.

"O olmasın, bu olsun" musiqili komediya iyunun 7-də Dövlət Akademik Musiqili Teatrının səhnəsinə qoyulacaq. 19:00-da başlayacaq tədbirə qatılmaq üçün qiyməti 6 - 10 manat civarında olan biletləri almaq olar.

İdmanla maraqlananlar iyunun 10-da UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya futbol oyununa gedə bilərlər. Matç “Dalğa Arena”da saat 20:00-da başlayacaq. Biletlərin qiyməti 1-ci kateqoriya üçün 5 manat, 2-ci kateqoriya üçün 2 manat, VİP üçün isə 10 manatdır.

Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. Biletlərin qiyməti birgünlük ayaqüstü zonada 90 - 160, üçgünlük tribunada 280 - 970, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manatdır. Bildirilib ki, 2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış yarış üçün alınan biletlər bu il keçərli olacaq.

11 iyun tarixində Türk estrada müğənnisi İlyas Yalçıntaş Elektra Events Hall-da pərəstişkarlarına musiqi dolu saatlar yaşadacaq. Həmçinin konsertdə yerli ifaçılar: Ayaz Babayev, Noton və Mehdi Sadiq çıxış edəcəklər. Biletləri 45 - 200 manata əldə etmək olar.

Sea Breeze Resort-da iyunun 18-də xalq artisti Emin Ağalarovun solo konserti keçiriləcək. Tədbir saat 19:00-dan 23:00-dək davam edəcək. Biletlərin qiyməti 50 - 2500 manat arasındadır.

İyunun 19-da Opera Studiyasında azyaşlılar üçün türk dilində “Keloğlan Masalları” adlı müzikl baş tutacaq. Biletlərin dəyəri 6 - 49 manatdır. 3 yaşınadək uşaqlara valideyn müşaiyəti ilə (valideyn üçün bilet zəruridir), əlavə yer tutmamaq şərti ilə giriş pulsuzdur.

Kamança ustası Mark Eliyahu iyunun 19-da "About Love" turnesi çərçivəsində Heydər Əliyev Sarayında çıxış edəcək. Saat 20:00-da başlayacaq tədbir üçün nəzərdə tutulan biletlər 40 - 220 manata satılır.

Qeyd edək ki, tamaşaçılarda COVID-19 pasportunun və ya immun sertifikatının olması zəruridir. Adıçəkilən tədbirlərdə iştirak etmək üçün biletləri iticket.az saytından əldə etmək olar.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
Dünən, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
Dünən, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Bütün Xəbərlər
Dünən, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Bütün Xəbərlər
Dünən, 15:46

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassız

Bütün Xəbərlər
Dünən, 15:07

"Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, əsəbləşdim" — Keflənib kafeni bir-birinə qatdı

Bütün Xəbərlər
Dünən, 13:17

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Dünən, 13:02

Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR

Bütün Xəbərlər
Dünən, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Dünən, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Dünən, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
09 aprel 2026, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
09 aprel 2026, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
09 aprel 2026, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
09 aprel 2026, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
09 aprel 2026, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
09 aprel 2026, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
09 aprel 2026, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
09 aprel 2026, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
08 aprel 2026, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
08 aprel 2026, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
08 aprel 2026, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Oxşar xəbərlər