İnsanoid Lənkərana səyahətin neçəyə başa gələcəyini araşdırıb və gəzməli-görməli yerlər haqda fotoreportaj hazırlayıb.
“Cənub mirvarisi” sayılan Lənkəranda səhər yeməyi üçün çay mənzərəli “Terrace” restoranına getmək olar. Burada bir nəfərlik set 10, iki nəfərlik 19, dörd nəfərlik isə 36 manatadır.
[gallery link="file" columns="2" size="full" ids="43078,43079"]
Marşrutun növbəti dayanacağı kimi Hirkan Milli Parkını seçmək mümkündür. Parkın ərazisində ziyarətçilər meşə mənzərəli Xanbulan gölü ətrafında istirahət edə bilərlər. Müştərilərə, həmçinin çay seti təklif edilir. 6-7 nəfər üçün hesab 20 manat olacaq. Qeyd edək ki, giriş üçün ödəniş tələb edilmir.
[gallery link="file" size="full" ids="43084,43086,43083,43085,43087,43096"]
XIX-XX əsrlərdə inşa edilən Kiçik və Böyük Bazar məscidləri yerli əhəmiyyətli abidələr hesab edilir. Birinci ibadətgah Xəzər dənizi sahilinə yaxın ərazidə, ikincisi isə Hacılar küçəsi 18-də yerləşir.
[gallery link="file" columns="2" size="full" ids="43089,43088"]
Azərbaycanın milli mətbəxində xüsusi yer tutan Lənkəran yeməklərini “Xan Lənkəran” restoranında dadmaq olar. Ləvəngi küçəsində yerləşən bu məkan, həmçinin hotel kimi fəaliyyət göstərir. Qızıl balıq, çolpa ləvəngisi, kabablar və digər qəlyanaltılardan ibarət şam yeməyi 130 manata başa gələcək.
[gallery link="file" columns="2" size="full" ids="43091,43092,43093,43090"]
Sözügedən bölgəyə getmək üçün şəxsi avtomobildən istifadə etmək və yaxud sürücü ilə avtobus sifariş vermək olar. Bu zaman yol xərci müvafiq olaraq 30 (benzin) və 180-200 (7 nəfərlik mikroavtobus) manat olacaq.
[gallery columns="1" link="file" size="full" ids="43117"]
Beləliklə, ən qədim şəhərlərimizdən olan Lənkərana bir günlük səyahətin qiyməti adambaşı 55-60 manat təşkil edir.