top
Psixoloqla müsahibə: ailə qurmazdan əvvəl nələri müzakirə etmək lazımdır?
30 iyun 2022, 00:46
- +

Psixoloqla müsahibə: ailə qurmazdan əvvəl nələri müzakirə etmək lazımdır?

Statistikaya əsasən, bu il Azərbaycanda 18 506 nikah qeydə alınıb. Bəs yeni ailə quran cütlüklər hansı çətinliklərlə qarşılaşırlar və onların öhdəsindən necə gəlmək olar? Mövzunun aktuallığını nəzərə alaraq İnsanoid uzm. psixoloq Gülnarə Muxtarovadan müsahibə alıb:

Ailə qurmamışdan öncə cütlüklər nələri müzakirə etməlidirlər?

- Bu gün cütlüklər çox tez tanış olub və tez ailə qurmaq qərarı alırlar. Sonradan yaranan problemlər zamanı isə bir-birini günahlandırma, “sən dəyişmisən”, “sən əvvəl belə deyildin” kimi ittihamlar çox olur. Ona görə də hər iki tərəf ailə qurmazdan öncə münasibətdən və ailə həyatından gözləntilərini, sevdikləri və sevmədikləri şeyləri, “qırmızı cizgi”lərini mütləq bir-biri ilə paylaşmalıdırlar.

Hər iki tərəfin evlilik həyatına daha tez öyrəşməsinə nələr təsir edir?

- Burada birinci yerdə anlayışdır. Əgər tərəflər bir-birini anlayırsa, “bir-birinin sözü boğazlarından keçirsə”, güzəşt etməyi bacarırlarsa, istənilən ailədaxili çətinliyin öhdəsidən mütləq gələ biləcəklər. Bu da cütlüyün evlilik həyatına daha tez öyrəşməsinə və evliliklərinin sağlam olmasına yardımçı olacaq.

Cütlüklər övlad sahibi olmamışdan əvvəl nələri nəzərə almalıdırlar?

- Övlad sahibi olmadan öncə cütlüklər özlərinə “mən ana və ya ata olmağa nə qədər hazıram” sualını verməlidirlər. Əgər valideynlər uşağa baxmağa, onun maddi və mənəvi öhdəliklərini üzərlərinə almağa hazırdırlarsa, o zaman bütün çətinliklərin öhdəsindən gəlmək artıq daha asan olacaq.

Kənar şəxslərin ailədaxili məsələlərə müdaxiləsinin qarşısını necə almaq olar?

- Bu gün ailədaxili məsələlərə kənar şəxslərin müdaxilə etməsi çox rast gəlinən hallardandır. Bu, istər xanımın, istər bəyin ailəsi tərəfindən ola bilir. Belə hallarda cütlüklər həmin insanlarla danışa, onların müdaxilələrini azaltmaq və ya minimumlaşdırmaq üçün söhbətlər apara bilərlər. Əgər bu tərz söhbətlər təsirli deyilsə, burada mütləq ailə (cütlük) psixoloquna müraciət etmək lazımdır.

Qadınların hamiləlik dövründə hansı psixoloji problemləri olur? Onları necə aradan qaldırmaq olar?

- Qadınlar hamiləlik dövründə çox həssaslaşırlar və duyğusal ola bilirlər. Ən xırda məsələlər belə onlara ciddi təsir göstərə bilir. Ona görə də hamiləlik dövrü çox ciddi və həssas yanaşılmalı bir dövrdür. İstər hamilə olan şəxs, istərsə də onların yaxın çevrəsi tərəfindən bu dönəmə belə yanaşılmalıdır. Hamilələrə ailə və yaxınları tərəfindən dəstək göstərilməlidir.

Doğumdan sonrakı depressiya nə ilə əlaqəlidir? Simptomları nədir?

- Günümüzdə bir çox xanımlarda doğuş sonrası depressiya ilə qarşılaşırıq. Övlada yaxın gələ bilməmə, diqqət göstərməmə, ona zərər verməkdən qorxma, özünü günahlandırma depressiyanın simptomlarından hesab olunur. Həmçinin heç bir şey etmək istəməmək, enerji və motivasiyanın olmaması da doğuşdan sonra depressiya və ya postpartum depressiya adlanır. Amma bu cür çətinliklər psixoloji dəstəklə qısa bir müddətdə uğurla aşıla bilər.

Bir az da ataların ailədəki rolundan danışaq. Əksər hallarda Azərbaycan ailələrində ailə məsuliyyəti bərabər bölünmür. Müasir gənclər bu cür stereotipləri necə dəyişə bilər? 

- Əksər ailələrin istər maddi, istərsə də mənəvi, daha çox da mənəvi yükü xanımların üzərində olur. Bu, uşaqların tərbiyəsindən, onların təhsillərindən tutmuş hər bir iş üçün keçərlidir. Amma evlənmədən öncə tərəflər atanın ailə rolunu müzakirə etməlidirlər ki, sonradan anlaşılmazlıqlar olmasın. Müasir gənclər, düşünürəm ki, bu mövzunu artıq diqqətə almağa başlayırlar. Çünki evlənmədən öncə gənclər bir araya gəlib gözləntilərini, istəklərini bir-birləri ilə paylaşa bilirlər. Unutmayaq ki, ailə formalaşarkən burada iki nəfər rol oynayır və ailənin uzunmüddətli olması üçün hər iki tərəf də əmək qoymalıdır.

Qeyd edək ki, Bakıda hamilələr və analar üçün xüsusi kurslar keçirilir. “Supermama” hamiləlik məktəbində qadınlar üçün yoqa, pilates, massaj, psixoloji dəstək xidmətləri göstərilir, həkim məsləhətləri verilir və mühazirələr keçirilir. Burada fitnes dərslərinin qiyməti 8 dərs üçün 80 manat, yoqa+pilates isə 100 manatdır. Məktəb “Azure” biznes mərkəzində yerləşir.

Gender Hub Azerbaijan” vaxtaşırı atalar məktəbi təşkil edir. Layihə 21-36 yaş arası gənc atalar və ata olmağa hazırlaşan şəxslər üçün nəzərdə tutulur. Təlimlərin əsas məqsədi gənc ataları övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməkdir.

Verdiyi müsahibə üçün “Büşra Kaya” Psixoterapiya Mərkəzinin uzm. psixoloqu Gülnarə Muxtarovaya öz minnətdarlığımızı bildiririk.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
Dünən, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
Dünən, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Bütün Xəbərlər
Dünən, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Bütün Xəbərlər
Dünən, 15:46

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassız

Bütün Xəbərlər
Dünən, 15:07

"Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, əsəbləşdim" — Keflənib kafeni bir-birinə qatdı

Bütün Xəbərlər
Dünən, 13:17

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Dünən, 13:02

Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR

Bütün Xəbərlər
Dünən, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Dünən, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Dünən, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
09 aprel 2026, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
09 aprel 2026, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
09 aprel 2026, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
09 aprel 2026, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
09 aprel 2026, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
09 aprel 2026, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
09 aprel 2026, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
09 aprel 2026, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
08 aprel 2026, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
08 aprel 2026, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
08 aprel 2026, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Oxşar xəbərlər