Paralel dünyalara dalaraq və real axtarışı tamamlamağa çalışaraq özünüzü sınamaq istəyirsiniz, lakin hansı məkanı seçəcəyinizi bilmirsiniz? Bunun üçün İnsanoid Bakı kvestlərinin siyahısını hazırlayıb.
Portal Games şəhərdə ən çox filiala sahibdir. Burada istər qorxulu (Lənət, Mişar, Qraf Drakula və s.), istərsə qorxusuz (Fort Boyard, Harry Potter və s.) oyunlar oynamaq mümkündür. Bütün oyunlar 40 - 180 dəqiqə davam edir. Bir oyunda minimum 2 nəfər iştirak edə bilər.
Qeyd: Yeni açılmış “Squid Game” oyunu 2 saat davam edir və qiyməti həftəiçi 21 AZN, həftəsonu 24 AZN təşkil edir.
Qiymət: İş günləri-16 AZN, qeyri-iş günləri-18 AZN.
Filiallar: Ayna Sultanova, Sahil, MUM, 5 mərtəbə, Axundov, AF Mall, Nəsimi, Xətai, Şərq və 28 Mall.
View this post on Instagram
Qeyd: Burada qiymətlər bir nəfərlik deyil, bütün komanda üçün nəzərdə tutulub.
Qiymətlər: Həftəiçi-70 AZN, həftəsonu-90 AZN. İki nəfərlik qrup-40 AZN.
Ünvan: Qələbə dairəsinin yaxınlığı, “Tri Korona” kompleksi sırasında Azpetrolun yanındakı bina.
View this post on Instagram
Paranormal Baku qorxu evi “Astral” və “Paranormal” oyunlarını təqdim edir. Lakin “Astral” hazırda təmirdədir. Qorxu evi hər gün fəaliyyət göstərir, lakin kvesti əvvəlcədən bron etmək zəruridir. Kvestdən əvvəl oyunun çətinlik səviyyəsi seçilir.
Qeyd: Limitsiz vaxt təklif edən kvest 2-8 nəfər üçün nəzərdə tutulub.
Qiymət: 16 AZN.
Ünvan: 28 May küçəsi 19B, 23 nömrəli məktəbin qarşısında.
View this post on Instagram
Questomania məkanında qorxulu yox, daha çox məntiqli məsələlər təqdim olunaraq iki kvest mövcuddur. Lakin hazırda biri təmirdədir.
Qeyd: Bir oyun 1 saat davam etməklə ümumilikdə 5-6 nəfər üçün nəzərdə tutulub.
Qiymət: 15 AZN.
Ünvan: Nərimanov metro stansiyası yaxınlığında.
View this post on Instagram
Phobia VR oyunları VR (eynək) formatında kvestlər və oyunlar təklif edir. İş qrafiki burada həftənin 4-cü günündən bazar gününə kimidir.
Qeyd: Hamilə və laktasiya dövründə olan qadınlar, epilepsiyadan əziyyət çəkən adamlar, 6 yaşdan aşağı uşaqlar, inkişafdan geri qalmış adamlar, həmçinin atıcı və horror oyunları üçün 15 yaşdan aşağı şəxslər məkanlara buraxılmırlar.
Qiymət: 15 dəq-15 AZN, 30 dəq-30 AZN, 60 dəq-60 AZN.
Ünvan: Fəvvarələr meydanı, Nərgiz Mall-un 2-ci mərtəbəsi.
View this post on Instagram