Azərbaycanda indiyədək 357 yeniyetmə koronavirus infeksiyası əleyhinə peyvənd vurdurub. Bu barədə oktyabrın 14-də Səhiyyə Nazirliyindən məlumat verilib.
“Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb”, - nazirlikdən bildirilib.
Yeniyetmələr tibbi göstəriş olduğu halda və ya hər iki valideynin razılığı ilə Bakı Sağlamlıq Mərkəzində peyvənd oluna bilərlər. Sentyabrın 7-dən 16-18 yaşlı, oktyabrın 5-dən isə 12-15 yaşlı yeniyetmələrin vasksinasiyasına başlanılıb.