Daima formada qalmaq istəyənlər üçün İnsanoid Azərbaycanın TOP 5 diyetik qida satışı ilə məşğul olan şirkətləri təqdim edir:
“Slim Diet Baku” müştəriləri üçün orqanik qida və pəhriz yeməkləri təqdim edir. Burada “Gündəlik paket” menyusunun 1 günü 25-32 manatdır. Aylıq isə 675-891 AZN təşkil edir. Paketə səhər yeməyi, lanç, 2 nahar yeməyi, 2 şam yeməyi və smuzi daxildir. Qidalar 800-1 200 kilokalori arası nəzərdə tutulub. “Keto diet”in 800 -1 800 kilokalorilik 1 günlük menyusu 28-33 manatdır. Aylıq paket isə 756-891 manatdır. “Express arıqlama” detoks qidalanma günlərindən ibarətdir. 5 günlük menyu 115, 7 günlük menyu 160 manat təşkil edir. 14 günlük menyuya isə 5% endirim tətbiq olunur və 304 manat təşkil edir.
View this post on Instagram
“Slim Meal” müştərinin zövqünə əsasən, müxtəlif çeşidlərdə yeməklər təklif edir. Burada əsas yeməklərin qiyməti 1-10 manatadək dəyişir. Salatlar 3-10 manat təşkil edir. Detoks proqramın 1 günü 7 şirə və 1 smuzidən ibarətdir, qiyməti isə 30 manatdır. Şirniyyatların qiyməti 1.5 manatdan 40 manata qədərdir.
View this post on Instagram
“Easy Fit Baku ” müştərilərinə 2 paket təqdim edir. Standart paketə səhər yeməyi, detoks içki, nahar, qəlyanaltı və şam yeməyi daxildir. 1 gün üçün menyunun qiyməti 40, 7 gün üçün 265, 14 gün üçün 525 manatdır. Premium paketə daxildir: səhər yeməyi, detoks içki, şirniyyat, nahar, qəlyanaltı, şam yeməyi. Qiymətlər 1 gün üçün 60, 7 gün üçün 400, 14 gün üçün 790 manat təşkil edir.
View this post on Instagram
“İncəbelli ”də detoks içki 7 gün üçün 250 manatdır. Bir ay ərzində həftənin 5 günü “sağlam menyu”nun çatdırılması 700 manatdır. Bir aylıq qidalanma menyusunun tətbiqi 300 manat təşkil edir.
View this post on Instagram
“Econom Diet Baku”da menyular 800, 1 100, 1 400, 2 000 kilokalorilik paketlərlə mövcuddur. Birinci paketin qiymətinin 1 günü 16, 1 ayı 480 manatdır. İkinci paketin 1 günü 18, 1 ayı 540 manatdır. Üçüncü paket 1 gün üçün 20, 1 ay üçün 600 manatdır. Dördüncü paket isə 1 günlük 25, 1 aylıq 750 manatdır.
View this post on Instagram