Bakıda iyunun 6-da “Şərq Bazarı” kompleksinin yenidənqurmadan sonra açılışı baş tutub. Bununla bağlı İnsanoid komandası müasir tipli bazardan fotoreportaj hazırlayıb.
Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Burada zərgərlik, “Sandıqça” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa” günbəzi, qəlyanaltılar, kafelər, “Sehrli bazar” və sair bölmələr cəmləşdirilib.
[gallery link="file" size="full" ids="52179,52226,52184,52189,52219,52216"]
Birinci mərtəbədə, əsasən, mağazalar yerləşir. “Be Creartive Station” qab boyama studiyasında keramika qabları satılır. Qabların üzərindəki rəsmlər əllə çəkilib. Burada, həmçinin master klaslar təşkil olunur. Qabların qiyməti 20 manatdan başlayır, ölçü və dizayndan asılı olaraq dəyişir.
[gallery link="file" size="full" ids="52302,52181,52182"]
Müəllif və milli xalçalar salonunda xalçaçı-rəssam Eldar Hacıyevin əsərləri nümayiş edilir. Satılan xalçaların qiyməti müxtəlifdir. Məsələn, yun və ipəkdən hazırlanan “Qarabağ xəritəsi”nin qiyməti 5 min manatdır.
[gallery columns="2" link="file" size="full" ids="52235,52231,52232,52233"]
“Günay Argan” mağazasında baxım məhsulları, yəni bədən üçün təbii yağlar, sabunlar və skrablar satılır. Skrab, dəsmal və yağdan ibarət orta hədiyyəlik qutunu 40 manata əldə etmək olar.
[gallery link="file" size="full" ids="52183,52185,52186"]
Bazarın zərgərlik hissəsində hələlik heç bir satış həyata keçirilmir. Satış üçün nəzərdə tutulan salonlar boşdur.
[gallery link="file" columns="1" size="full" ids="52190"]
“ABAD”ın sayca 12-ci etno butiki də burada fəaliyyət göstərir. Satılan məhsullar arasında broşlar, papaqlar, milli ornamentli qablar, çantalar, idman köynəkləri və digər suvenirlər var. Papaqları 70 manata, broşları isə 25 - 30 manata ala bilərsiniz.
[gallery columns="2" link="file" size="full" ids="52191,52192,52193,52194"]
KOBİA-nın mağazasında 10 mikro və kiçik sahibkarlıq subyektinin məhsullarının satışı həyata keçirilir. Burada qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri satılır. Armudu stəkandan və nəlbəkidən ibarət dəstin dəyəri 70 manatdır.
[gallery link="file" size="full" ids="52195,52196,52197"]
Məkanın ikinci mərtəbəsində “Dad günbəzi” yer alır. Bazarın bu hissəsində “Crazzy AghaBala”, “Bono asian bistro”, “MM Qənnadı”, “Art Coffee”, “Al Chicken Səba”, “Əjdaha” və digər obyektlər müştərilərin ixtiyarındadır.
[gallery columns="4" size="full" link="file" ids="52200,52208,52209,52202,52203,52205,52206,52207"]
Bazarda 78 icarədar fəaliyyət göstərəcək, 300 nəfər iş yeri ilə təmin olunacaq. “Şərq Bazarı” 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir.
[URIS id=52238]