Mayın 26-da “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində “TEKNOFEST” Festivalı start götürüb. İnsanoid festivalda iştirak edən tələbə və şagirdlərin ixtiraları barədə fotoreportaj hazırlayıb.
Bakı Ali Neft Məktəbinin tələbələri “NİLAY-44” adlı layihə təqdim edirdilər. Sözügedən layihə Nəzrin Qurbanova və onun komandasına məxsusdur. Layihənin yaranmasına Vətən Müharibəsi zamanı Gəncənin bombalanması hadisəsi səbəb olub. Bu icad dağıntılar altında qalan insanların yerini müəyyən etmək üçündür.
[gallery columns="1" size="full" link="file" ids="50253"]
“Heydər Əliyev adına Müasir Təhsil Kompleksi”nin 9-cu sinif şagirdləri Üzeyir və Xalid meşə yanğınlarına qarşı cihaz icad ediblər. “Forest Save” adlı layihənin ideyası “gənc alimlər”in ağlına ötən il Türkiyədə baş verən meşə yanğınlarından sonra gəlib. Bu aparatlar təyyarənin alt hissəsinə birləşdirilərək ən kiçik yanğınları belə müəyyən edə bilər.
[gallery size="full" columns="1" link="file" ids="50254"]
“Xilasedici trimaran”ın yaradıcıları isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələridirlər. Zahid və Elçinin sözlərinə görə, onlar Selçuk Bayraktarın ixtiralarından həvəsləniblər. Layihənin hazırlanması isə 3 aya başa gəlib. Dron boğulma təhlükəsi yaşayan insanları aşkarlayır. Daha sonra qayığa siqnal ötürülür, qayıq isə öz növbəsində boğulan şəxsə xilasedici dairəni çatdırır.
[gallery size="full" columns="1" link="file" ids="50255"]
İdrak liseyinin 11-ci sinif şagirdi Emil “Clean Aqua” ixtirasını təqdim edib. Bu ixtira sayəsində dəniz və okeanları tullantılardan təmizləmək mümkündür. Adıçəkilən qurğu bir metr dərinlikdə quraşdırıldığı üçün sudakı canlılara zərər vermir. Bunun digər aparatlardan fərqi isə hərəkətsiz olmasıdır.
[gallery size="full" columns="1" link="file" ids="50256"]
“Smart irrigation system” Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən hazırlanıb. Gənc ixtiraçı Ləmanın dediklərinə görə, bu sistem enerjini həm günəş, həm də küləkdən alır. İcad avtomatik olaraq torpağın nəmliyini ölçür, sulanma ehtiyacının olub-olmamasını təyin edir, lazım gəldiyində isə sulayır.
[gallery size="full" columns="1" link="file" ids="50257"]
“Timely transport” kəşfi 180-190, 236 nömrəli məktəblərin 7-ci sinif şagirdlərinə məxsusdur. İcadın məqsədi təcili tibbi yardımın mənzil başına vaxtında çatmasıdır. Belə ki, bu qurğunun köməkliyi ilə tibbi yardım avtomobili tıxac vaxtı digər avtomobillərin üzərindən keçmək imkanı qazanacaq.
[gallery size="full" columns="1" link="file" ids="50258"]