İnsanoid-in araşdırmasına əsasən, xonçaların qiyməti 50 manatdan 500 manatadək dəyişir. Kirayə xonçalar isə ortalama 35 manatdır.
Arzum Boutique-də kirayə xonçalar 3 günlük verilir. Minimal kirayə qiyməti 20 manatdan başlayır. Xonçaların satışı isə 50 manatdan başlayır. Kəllə qənd səbəti minimum 150 manata, xına səbəti isə 250 manata satılır. Burada şokolad xonçasının qiyməti çəkisindən və dizaynından asılı olaraq 250 manatdan başlayır. Sifarişlər 1-2 gün öncədən götürülür.
[gallery columns="2" size="large" link="file" ids="45735,45736"]
Zaffa Baku-da xonçaların kirayəsi 30 manatdan, satışı isə 45 manatdan başlayır. Kirayə xonçalar 3-5 günlüyə verilir. Şokolad kompozisiyası minimum 90 manat, kəllə qənd - 100 manat, paylama xınaların ədədi isə 5 manat təşkil edir. Sifariş 10 gün qabaqcadan qəbul olunur.
[gallery size="large" columns="2" link="file" ids="45725,45726"]
Wedding Store kirayə 10 ədəd xonçanı 50-300 manata verir. Satış isə 15 manatdan başlayır. Kəllə qənd və xına xonçasının qiyməti 35-250 manat arası, şokolad xonçasının (şokoladsız) qiyməti isə 40 manatdan başlayır.
[gallery columns="2" size="large" link="file" ids="45781,45778"]
Marry me-də xonçaların 3 günlük kirayəsi 30-100 manatdır. Satış isə 150-550 manat arasıdır. Kəllə qənd və nabatın qiyməti 195 manatdan başlayır. Xınalar tək-tək 4-25, şokolad xonçaları isə 200 manatdan başlayır.
[gallery columns="2" size="large" link="file" ids="45741,45742"]
Lumyer butik kirayə xonçaları 3 günlüyə verir. Burada 10 ədəd xonçanın kirayəsi 70-100 manatdır. Xına, kəllə qənd və şokolad kompozisiyası isə hər biri 35-150 manat arasıdır. Bəzəkli şokoladların bir ədədi 1,5-2 manatdır. Sifarışlər 2 həftə qabaqcadan qəbul edilir.
[gallery size="large" columns="2" link="file" ids="45772,45773"]
Liko Design-da 3 günlük kirayə verilən xonçaların qiyməti 15-20 manatdır. Burada kəllə qəndin qiyməti 80 manatdan, xına xonçası isə 100 manatdan başlayır. Şokolad kompozisiyalarının ortalama qiyməti isə 150 manatdır.
[gallery columns="2" size="large" link="file" ids="45744,45745"]
Madamoiselle boutique-də xonçaların kirayəsi 60-80 manat təşkil edir. Sifarişlər 1 həftə öncədən götürülür. Tək-tək xınalar 7-8 manatdır. Kəllə qəndin qiyməti 180-220, şokolad xonçaları 75 manatdan başlayır. Xonçaların satışı isə 200 manatdandır.
[gallery size="large" columns="2" link="file" ids="45767,45768"]
Angel Wedding Boutique-də xonçaların kirayəsi 10 manatdan başlayır və 3 günlüyə verilir. Xına, kəlləqənd və konfet xonçalarının satışı hər biri 50 manatdan başlayır. Sifariş 4 gün qabaqcadan qəbul edilir.
[gallery size="large" columns="2" link="file" ids="45747,45748"]
Kubar Boutique (Keçmiş Ləzzət Xonça Evi) xonçaları 35 manatdan başlayan qiymətlərlə kirayəyə verir. Şokolad xonçaları 250-500 manatadır. 500 manatdan yuxarı şokolad xonçası düzəltdirən müştəriyə tort hədiyyə olunur. Nabat-kəllə qənd 100-200, xına xonçaları 350-550 manata başa gəlir.
[gallery columns="2" size="large" link="file" ids="45770,45771"]
Xonça Nur-da kirayə 3 günlük verilir, qiyməti isə 20-90 manat arası dəyişir. Xonçaların satış qiyməti isə 100 manatdan başlayır. Sifariş 10 gün öncədən götürülür. Kəllə qəndin qiyməti 100 manatdan, şokolad kompozisiyası 170 manatdan 1 000 manatadək, xınalar isə tək-tək 5-35 manat arasındadır.
[gallery columns="2" size="large" link="file" ids="45750,45751"]