top
Vizasız gedə biləcəyimiz ölkələr: yayda bir həftəlik istirahətə nə qədər pul xərclənəcək?
09 may 2022, 03:19
- +

Vizasız gedə biləcəyimiz ölkələr: yayda bir həftəlik istirahətə nə qədər pul xərclənəcək?

İnsanoid Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi 6 ölkə haqda araşdırma aparıb. Gürcüstan, Türkiyə, Monteneqro, Bosniya və Herseqovina, Malayziya, Livana səyahət etmək üçün 5-12 iyun tarixlərinə biletlərin və hotellərin orta qiyməti müqayisə edilib:

[gallery link="file" columns="1" size="full" ids="47286"]

Tbilisiyə ilk dəfə səyahət edənlərə köhnə şəhərə getmək məsləhət görülür. Həmçinin Mtatsminda dağının üstündə yerləşən Narikala qalası şəhərin ən görməli yerlərindən biri sayılır.

Kanat yolu – şəhərin ən əlamətdar atraksionu kimi tanınır. Kanatdan istifadə etmək üçün 1 lari ödəməlisiniz.

[gallery columns="2" link="file" size="full" ids="47293,47294"]

Batuminin mərkəzində yerləşən və sahilə paralel uzanan 7 kilometrlik bulvar heykəllər, parklar, kafelər və restoranlarla zəngindir.

Müsəlman azərbaycanlı gəncin xristian gürcü qıza məhəbbətini təsvir edən “Əli və Nino” abidəsi Qara dəniz sahilindəki zolaqda yer alır. Axşam fiqurlar hər 10 dəqiqədən bir bir-biri ilə üz-üzə gəlirlər. Bundan sonra əks-proses başlayır və sonradan “görüş və ayrılıq” təkrarlanır. Abidənin saat 19:00-dan başlayaraq işıqlandırılması da xüsusi görüntü yaradır.

[gallery link="file" columns="2" size="full" ids="47295,47296"]

İstanbul boğazını ziyarət etmək üçün ən asan yollardan biri şəhərin müxtəlif nöqtələrində təşkil edilən turlardır. Müddəti, adətən, 1 - 2 saatdır.

Topkapı Sarayı 4 əsr Osmanlı imperiyasının inzibati, təhsil və bədii mərkəzi olaraq istifadə edilirdi. Muzeyə girişin qiyməti bir nəfər üçün 420 lirədir (48 manat). Şəhərdə bir çox məşhur məscidləri ziyarət etmək olar: Ayasofya, Sultanahmet, Süleymaniye, Eyüp Sultan və s.

Qalata qülləsi İstanbulun əsas simvollarındandır. Gözəl mənzərəsi olan tarixi qülləyə giriş üçün adambaşı 130 lirə (15 manat) ödəmək lazımdır.

[gallery columns="2" link="file" size="full" ids="47297,47298"]

Antalyada yerləşən Likiya şəhərinin ellinizm dövründə əsası qoyulduğu güman edilir. Burada romalılar tərəfindən inşa edilmiş antik şəhər, məbəd, teatr var.

Şəhərdə Düden, Kurşunlu və Manavgat şəlalələrini görmək olar. Bununla yanaşı, 7 kilometr sahil sahəsini əhatə edən Konyaaltı çimərliyinə də getmək olar.

Antalya Akvariumu Avropada 2-ci, dünyada isə 5-cidir. Böyüklər üçün girişin qiyməti 45 avro (81 manat), uşaqlar üçün isə 40 avrodur (71 manat).

[gallery columns="2" link="file" size="full" ids="47300,47301"]

Tivat - Monteneqronun Adriatik dənizinin sahilində yerləşən şəhəridir. Şəhərdaxili səyahət taksi ilə 2- 5 avroya (4 - 9 manata) başa gəlir. 14 avroya (25 manat) isə qonşu kəndlərə gedə bilərsiniz. “Marina Porto”da restoranlar, mağazalar, hotellər və PuroBeach çimərlik klubu olduğu üçün turistlərin marağına səbəb olur.

[gallery columns="2" link="file" size="full" ids="47302,47310"]

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bütün muzeylər kiçikdir və onların əsaslarını ziyarət etsəniz, 2 gün bəsdir. Eyni zamanda, Sarayevodan Mostar şəhərinə getmək məsləhət görülür. Oraya 2 - 3 saata avtobus və ya qatarla getmək mümkündür.

[gallery columns="2" link="file" size="full" ids="47304,47305"]

Bukit Bintang Kuala-Lumpurun ən məşhur, hərəkətli və populyar bölgəsidir. Gündüz mərkəzlərdə alış-veriş etmək, gecə isə ətrafda yerləşən restoran və əyləncə klublarında vaxt keçimək mümkündür.

Batu mağaraları şəhər mərkəzindən 15 kilometr məsafədə yerləşən hindular üçün müqəddəs ibadət yeridir. 43 metr yüksəklikdə, Lord Muruganın heykəlinin yerləşdiyi mağara da dünyanın ən böyük Hindu məbədidir.

[gallery columns="2" link="file" size="full" ids="47306,47307"]

Beyrut Aralıq dənizi sahillərindəki bir yarımadada yerləşməklə barəbər, ölkənin ən əsas və böyük limanına sahibdir. Şəhərdə bir çox muzeylər, ibadət evləri, Roma dövrünə aid yaşayış sahələri var.

[gallery columns="2" link="file" size="full" ids="47309,47308"]

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
Dünən, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
Dünən, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Bütün Xəbərlər
Dünən, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Bütün Xəbərlər
Dünən, 15:46

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassız

Bütün Xəbərlər
Dünən, 15:07

"Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, əsəbləşdim" — Keflənib kafeni bir-birinə qatdı

Bütün Xəbərlər
Dünən, 13:17

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Dünən, 13:02

Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR

Bütün Xəbərlər
Dünən, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Dünən, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Dünən, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
09 aprel 2026, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
09 aprel 2026, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
09 aprel 2026, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
09 aprel 2026, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
09 aprel 2026, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
09 aprel 2026, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
09 aprel 2026, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
09 aprel 2026, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
08 aprel 2026, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
08 aprel 2026, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
08 aprel 2026, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Oxşar xəbərlər