İnsanoid yay günlərində Xəzər dənizinin sahilində fəaliyyət göstərən 10 çimərlik barədə araşdırma aparıb sizə təqdim edir:
[gallery link="file" columns="1" size="full" ids="51323"]
Bilgah Beach Hotel-də uşaqlar üçün həftəiçi ödəniş 15, həftəsonu 20 manat olacaq. Məkanın ərazisində 7 restoran, kafe və bar var. Rezervasiya üçün rəsmi sayta daxil olmaq olar.
View this post on Instagram
Amburan Beach Club istirahət mərkəzində boyu 135 santimetrədək və yaşı 10-a çatmamış uşaqlar üçün giriş pulsuzdur. Verilən məlumata görə, azyaşlının şəxsiyyətini təsdiq edən sənədin olması zəruridir.
View this post on Instagram
The Crescent Beach Hotel-də ödənişi etdikdə idman zalı, tennis kortu, açıq və qapalı hovuz, şezlonq müştərinin ixtiyarında olur. Təklif olunan dondurma və soyuq meyvələr günlük abunə dəyərinə daxildir.
View this post on Instagram
My Beach çimərliyi 5 yaşa qədər olan uşaqlar üçün pulsuz, 5 - 13 yaşı olanlar üçün isə 15 manatdır. Burada, həmçinin yaxta, şişmə, xizək, skuter və banana gəmisi ilə dənizdə gəzintilər həyata keçirilir. Qiymətlər əyləncənin müddəti və iştirakçıların sayından asılı olaraq 10 - 350 manat arasında dəyişir.
View this post on Instagram
Sea Brezee Resort-da 10 yaşa qədər olan uşaqlara giriş ödənişsizdir. Həftəsonu qadınlar giriş üçün 20 manat, kişilər isə 30 manat ödəməlidirlər. Qiymətə şezlonq, dəsmal, çətir və duş kabini daxildir.
View this post on Instagram
Ramada-da həftəiçi uşaqlar üçün giriş haqqı 10, cümə, şənbə və bazar günləri isə 12 manatdır. Bu məkanın ərazisində dənizdə üzməklə yanaşı, vindsörfinqlə də məşğul olmaq mümkündür. Təlim 2 saat davam edir. Qiymət bir nəfər üçün 60 manatdır.
View this post on Instagram
Dalga Beach Aquapark Resort-da iyunun 10-a qədər endirimlər var. Bu tarixdən sonra qiymətlər müvafiq olaraq 40 və 50 manat təşkil edəcək. 6 yaşı olmayanlar üçün giriş pulsuz, 6-12 yaşı olanlar üçün isə 15 manatdır.
View this post on Instagram
Af Hotel-də girişə görə hal-hazırda 15 manat tələb edilir. Azyaşlı müştərilər isə 10 manat ödəyə bilərlər. Məkandan bildirilib ki, bu qiymətlər iyunun 10-a qədər keçərlidir.
View this post on Instagram