Dövlət vəsaiti və digər dövlət əmlakından istifadə zamanı 1 milyard manatlıq təhriflər aşkar edilib. Bu, Hesablama Palatasının 2021-ci ildə keçirilən nəzarət tədbirlərinə dair hesabatda öz əksini tapıb.
Yol verilmiş təhriflər 2 istiqamət üzrə qruplaşdırılıb: 1-ci qrupa hesabatlarda məlumatların əks etdirilməməsi halları kimi əhəmiyyətli təhriflər, 2-ci qrupa isə mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün əks olunmaması halları aid edilib.
1-ci qrup üzrə təhrif məbləği 869,8 milyon manat, 2-ci qrup üzrə isə 139,9 milyon manat təşkil edib.