2022-ci ilin ilk 3 ayı ərzində 1000-dən çox gənc özünüməşğulluq proqramına cəlb edilib. Bu barədə 21 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, onlar istehsal, xidmət və kənd təsərrüfatı sahələri üzrə proqramda iştirak üçün qeydiyyata alınıb və təlimlərə cəlb olunublar. Həmçinin təlimləri uğurla bitirənlər aktivlərlə təmin olunacaq.
Qeyd olunub ki, ötən il də 4300-dək gənc özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik bizneslər yaradılıb.