top
2 günlük uşağını zibilliyə atan qadın: “Vaxtında hamiləliyi sonlandıra bilmədim”
12 yanvar 2024, 05:49
- ↺ +

2 günlük uşağını zibilliyə atan qadın: “Vaxtında hamiləliyi sonlandıra bilmədim”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2023-ci ilin iyulunda Sabunçu rayonunda yeni doğulmuş körpəsini zibil qutusuna atan qadına hökm oxunub. Bu barədə 12 yanvar tarixində “Qafqazinfo” xəbər verib.

1992-ci il təvəllüdlü Səbinə Qasımova “təhlükədə qoyma” maddəsi ilə təqsirləndirilib.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə S.Qasımova uşağı qeyri-rəsmi nikahda olduğu şəxsdən dünyaya gətirdiyini, sənədi olmadığı üçün onu uşaq evinə verə bilmədiyini deyib: “4 il olar həyat yoldaşımdan boşanmışam. Qeyri-rəsmi ər-arvad münasibətində olduğum Xəyal adlı şəxsdən hamilə qalmışdım. Xəyal uşağı dünyaya gətirməyimə razı olmadı. Maddi imkanım olmadığı üçün vaxtında tibbi müdaxilə ilə hamiləliyi sonlandıra bilmədim. Qadın məsləhətxanasında həkim hamiləliyin müddətinə görə sonlandırılmanın mümkünsüz olduğunu dedi. 15 iyulda Sabunçu xəstəxanasının doğum şöbəsində qız uşağı dünyaya gətirdim”, - deyə körpənin anası bildirib.

Onun sözlərinə görə, imkanının zəif olduğu və ailə üzvləri tərəfindən həmin uşaq qəbul edilməyəcəyi üçün öncə uşaq evinə müraciət etmişdir. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün Səbinə Qasımova uşaq evindən imtina cavabı alıb.

“17 iyul 2023-cü il saat 14 radələrində Sabunçudakı həmin əraziyə gedərək bir qədər gəzişdim. Sonra uşağı, hazırladığım uşaq yeməyini və bezlərini məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutunun içərisinə qoyaraq bir qədər kənarda dayanıb uşağın götürülməsini gözlədim. Bir müddət sonra əvvəllər tanımadığım bir nəfərin oradan keçərkən uşağı görüb götürdüyünü müşahidə etdim. Həmin şəxs ətrafa nəzər yetirəndə məni gördü. Dərhal oradan uzaqlaşaraq yaşadığım evə getdim”, - Səbinə Qasımova deyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 32 yaşlı qadına 1 il islah işləri cəzası verilib.

Qeyd edək ki, hadisədən bir neçə saat sonra S.Qasımova müəyyən edilərək saxlanılmış, barəsində cinayət işi açılmış və 2 gün sonra isə məhkəmənin qərarı ilə polisin nəzarəti altına verilməklə sərbəst buraxılmışdı. Uşaq isə körpələr evinə yerləşdirilib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər