Cari ilin 5 may tarixində Binəqədi rayonu Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə məhv edilib. Bu haqda mayın 5-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Ümumilikdə 1430 məhkəmə hökmü çıxarılıb.
Bütün narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulundan istifadə etməklə məhv edilib.