Salyanda 25 yaşlı qadın qətlə yetirilib. Bu barədə 16 avqust tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Bildirilib ki, avqustun 16-da saat 15 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək, təslim olub.
Faktla bağlı araşdırma aparılır.