Kanadalı atlet, dünya çempionu Şon Barber vəfat edib. Bu barədə 19 yanvar tarixində APA məlumat verib.
29 yaşlı atlet Kinqsvuddakı evində dünyasını dəyişib. Onun xəstəlik səbəbindən bir müddətdir problemlər yaşadığı bildirilib.
Qeyd edək ki, Şon Barber 2015-ci ildə şüvüllə tullanma üzrə dünya çempionu olub.