Dünya ulduzu 50 Cent-in Almatıda baş tutan konsertindən sonra İnstagram hesabında etdiyi paylaşım qazaxıstanlıları məyus edib. Bu barədə İnsanoid yerli mediaya istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
“Almatı, Qazaxıstan yanırdı! Əgər “Borat” filmi olmasaydı, nə danışdığımı bilməyəcəkdiniz”.
Qazaxlar “Amerikanı fəth etmək” istəyən və bir o qədər də dünyagörüşü olmayan baş qəhrəman “qazaxıstanlı“ Boratı ölkələri üçün təhqiramiz obraz hesab edirlər.
Buna görə də 50 Cent-in paylaşımı qazaxların mənfi reaksiyasına səbəb olub. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki: “Boratın Qazaxıstan və qazax xalqı ilə heç bir əlaqəsi yoxdur”.
[caption id="attachment_139822" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]