Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı saxlanılanların sayı 9 nəfərə çatıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, onlar arasında hotelin sahibi Halit Ergül də var.
Bundan əvvəl 4 nəfərin saxlanıldığı məlum idi.
Qeyd edək ki, yanğın nəticəsində 76 nəfər həlak olub. Hadisə ilə bağlı bu gün Türkiyədə matəm elan edilib.