Bugün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında 1 nəfərdə “ağıllı” saat aşkarlanıb. Bu barədə 23 aprel tarixində Dövlət İmtahan Mərkəzi məlumat verib.
Məlumatda bildirilib ki, imtahanda şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Qeyd olunub ki, imtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, hərəkət məhdudiyyətli) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.
İmtahan nəticələri 3 həftə ərzində elan olunacaq.