Dünən, aprelin 24-də 9-cu sinif şagirdləri buraxılış imtahanlarını verib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda 21 790 şagirdin iştirakı gözlənilirdi. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Mərkəzdən verilən məlumata görə, imtahanda iştirak edənlər arasında qəbul üçün lazım olan sənədləri unudanlar da olub: “Növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar”.
İmtahan nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.