ABŞ İsrailə güclü dəstək vəd edib. Bu barədə Report 12 dekabr tarixində xəbər verib.
Bu barədə ölkə Prezidenti Cozef Bayden yəhudilərin Hanuka bayramı ilə bağlı çıxışında deyib.
O bildirib ki, İsrail HƏMAS-dən tam xilas olana qədər ABŞ yardımını davam etdirəcək: “Lakin həm biz, həm də onlar diqqətli olmalıyıq”.
C.Baydenin sözlərinə görə, bütün dünyanın ictimai rəyi bir gecədə dəyişə bilər: “Biz buna icazə verə bilmərik”.
HƏMAS ilə İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.