ABŞ İsrailə ilk hərbi yardımını edib. Bu barədə İnsanoid İsrail Müdafiə Ordusuna istinadən bu gün, 11 oktyabr tarixində məlumat verir.
Döyüş sursatlarını daşıyan təyyarə İsrailin Nevatim Hərbi Hava Bazasına eniş edib.
Sursatlar dağıdıcı zərbələr endirmək və digər ssenarilər üçün nəzərdə tutulub. Konkret olaraq, hansı ssenarilərdən söhbət getdiyi açıqlanmayıb.
Ötən gün ABŞ İsrailə təhlükəsizlik yardımının ilk hissəsini göndərib.