ABŞ-nin Missuri ştatında amerika futbolu üzrə komandalar arasında keçirilən kubokun qələbə paradında atışma baş verib. Bu barədə İnsanoid BBC-yə istinadən bu gün, 15 fevral tarixində xəbər verir.
Rəsmi məlumatlara əsasən, atışma nəticəsində həyati təhlükəsi yaranmış 15 nəfərə dərhal tibbi müdaxilə edilib.
Yaralılar arasında olan 9 azyaşlıya da təcili tibbi yardım briqadaları tərəfindən yardım edilib.
Missuri polisi hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
Yerli KİV-lərin yaydığı məlumata əsasən, şəhərin komandası olan "Kansas City Chiefs" oyunçuları ilk atışlar səslənəndə hələ də səhnədə idilər.
![]()