Əfqanıstanın Bəğlan vilayətinin Pol-e-Xomri şəhərindəki Təkyaxana İmam Zaman məscidində partlayış olub. Bu haqda bu gün, 13 oktyabr tarixində Tolo News məlumat verir.
Partlayış cümə namazı vaxtı baş verib.
Bəğlan İnformasiya və Mədəniyyət Departamentinin direktoru Mustafa Həşimi partlayış nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.
ISNA News-dən əldə olunan məlumata görə, 17 nəfər ölüb, 50 nəfərə yaxın yaralanıb.
Həşimi partlayışın növü və tələfatların dəqiq sayı ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb və təfərrüatların ilkin qiymətləndirmələrdən sonra paylaşılacağını bildirib.
[video width="640" height="368" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/10/IMG_3221.mp4"][/video]