Afrikada 2023-cü ilin futbolçusu açıqlanıb. Bu barədə Report 12 dekabr tarixində xəbər verib.
Bu ada Nigeriya millisinin hücumçusu Viktor Osimhen layiq görülüb.
İtaliyanın “Napoli” klubunun qolçusu səsvermə zamanı “Liverpul”un lideri Məhəmməd Salah (Misir) və PSJ-nin müdafiəçisi Əşrəf Hakimini (Mərakeş) qabaqlayıb.
Afrikada 2022-ci ilin ən yaxşı futbolçusu Sadio Mane (Seneqal) seçilmişdi.