Ağcabədidə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub. Bu barədə 19 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayonun Kəhrizli kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar edilib.
Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin “sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi” maddəsi ilə protokol tərtib olunub.
[gallery link="file" columns="2" size="full" ids="126334,126336"]