Ağcabədidə həftəsonu DYP reyd keçirərək qayda pozan 70-dən çox sürücünü cərimələyib. Bu haqda aprelin 25-də Report DİN-ə istinadən məlumat paylaşıb.
Avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən, dayanma-durma qaydalarına riayət etməyən, atmosferə normadan artıq zəhərli qaz ixrac edən və digər qayda pozuntularına yol verən sürücülər saxlanılıb.
Onlarla izahedici söhbətlər aparılıb. Kobud qayda pozuntularına yol verən 70-dən çox sürücü barəsində isə inzibati tənbeh tədbirləri görülüb.