Ağcabədi rayonunda odlu silahlar aşkarlanıb. Bu barədə 25 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Rayon ərazisindən 1 avtomat və həmin silaha məxsus 5 patron, 1 tapança və 1 tüfəng tapılaraq götürülüb.
Eyni zamanda vətəndaşlarda olan daha 4 tüfəng də polisə təhvil verilib.