Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub. Bu barədə APA 7 iyul tarixində xəbər verib.
22 yaşlı Şamil Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirərək iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan 68 yaşlı piyada Mahir Məmmədovu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.