Ağcabədidə iki avtomobil toqquşub.
Report.az xəbər verir ki, Zaur Əliyevin idarə etdiyi "Opel Astra" markalı avtomobillə Vüqar Əliyevin idarə etdiyi "KİA Ceed" markalı avtomobil toqquşub.
"Opel Astra" markalı avtomobil toqquşma nəticəsində aşıb. Zaur Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.