Ağdaş rayonunun 1938-ci il təvəllüdlü Qarağan Sədi kənd sakini bu gün səhər saat 08:00 radələrində yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Bu barədə 23 aprel tarixində Report məlumat verib.
Məlumatda bildirilib ki, onun ailə üzvləri hadisədən gec xəbər tutduqları üçün onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.
Faktla bağlı araşdırma aparılır.