Ağdaşda qətl hadisəsi baş verib. Bu barədə İnsanoid Baş Prokurorluğa istinadən bu gün, 7 dekabr tarixində məlumat verir.
Dekabrın 7-si saat 01:00 radələrində Ağdaş rayonu ərazisində 55 yaşlı Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 50 yaşlı Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.