Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 19 dekabr tarixində xəbər verir.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.