Ağdaşda avtomobil yanıb. Bu barədə 27 dekabr tarixində APA məlumat verib.
Hadisə dünən axşam saatlarında rayonun Qarasuqumlaq kəndində qeydə alınıb.
Yanğın nəticəsində 1986-cı il təvəllüdlü kənd sakini Şirinov Rəhman Həmid oğluna məxsus 12 BD 530 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.
Əraziyə Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunublar.