Polis əməkdaşları Ağdaşda bir ton çətənə kolunu məhv ediblər. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 5 iyun tarixində xəbər verir.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarasuqumlaq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi bir ton olan 2783 ədəd çətənə kolu yandırılaraq məhv edilib.