Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Bu barədə APA 27 dekabr tarixində xəbər verir.
Hadisə rayonun C.Cabbarlı küçəsində yaşayan 58 yaşlı Ərəstun Neymətova məxsus ümumi sahəsi 72 kv m olan evdə baş verib. Evin 16 kv m sahəsinin tavan hissəsi yanıb.
Əraziyə Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Zamanında müdaxilə nəticəsində evin digər hissələri yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.