Ağstafada iki avtomobil toqquşub. Bu barədə İnsanoid bu gün, 12 avqust tarixində Report-a istinadən məlumat verir.
Qəza rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.
“Toyota Camry” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 62 yaşlı S.Məmmədova, 34 yaşlı Ş.Məmmədova, 7 yaşlı T.Məmmədov, 10 yaşlı C.Məmmədov, 39 yaşlı C.Məmmədov və 41 yaşlı V.Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəza yerinə gələn təcili tibbi yardım maşını yaralıları xəstəxanaya apararkən “Opel” markalı avtomobillə toqquşub. Hadisə yerinə digər təcili yardım avtomobili gəlib və xəstələr ona təxliyə ediliblər.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.