Ağstafa rayonunun Köçəsgər kəndində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Xəsarət alan Ağstafa rayon sakinləri – 12 yaşlı A.Mürsəlov və onun qardaşı, 11 yaşlı R.Mürsəlov yaxınları tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Onların vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.