Ağstafada yol qəzası baş verib. Bu barədə İnsanoid bu gün, 18 avqust tarixində APA-ya istinadən xəbər verir.
Hadisə Bayraq Meydanının qarşısında qeydə alınıb.
İki “VAZ” markalı minik avtomobili hərəkətdə olarkən toqquşub. Nəticədə 37 yaşlı Könül Musayeva, 58 yaşlı Mehman Musayev, 27 yaşlı Anar Əsgərov və adı hələ məlum olmayan bir nəfər xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, bir minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın söndürülüb.