Ağstafa rayonunun Həsənsu kəndində yerləşən fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Bu barədə İnsanoid AQTA-ya istinadən bu gün 17 oktyabr tarixində məlumat verir.
Baxış zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehsal prosesində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.