Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 30 dekabr tarixində xəbər verib.
Rayonun Vurğun qəsəbəsində hərəkətdə olan "QAZel" markalı kiçik tutumlu yük maşını ilə minik avtomobili toqquşub.
Hadisə zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.