Sabah Ağstafada növbəti Aqrar İnnovasiya Festivalı keçiriləcək. Bu barədə İnsanoid bu gün, 24 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Tədbir saat 10:00-da Ağstafa Aqrar Sənaye Kompleksinin ərazisində baş tutacaq.
Festival çərçivəsində 3-cü toxum sərgi-satış yarmarkası təşkil ediləcək.