Ağstafa rayonunun Göycəli kəndində “Mercedes” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.
Bu barədə 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.