Ağsuda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 9 oktyabr tarixində xəbər verib.
Rayon ərazisində avtomobil velosipedlə hərəkətdə olan 8 yaşlı Kamran Zahidlini vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.